27 
Apr
2021
04:00
34
246
11905
yuxarı
Ağır xəstəliyə tutulan məşhur türkiyəli aktrisa oynadığı serialdan ayrıldı - FOTO
27 Apr, 2021
04:00
11905
34
246
Ağır xəstəliyə tutulan məşhur türkiyəli aktrisa oynadığı serialdan ayrıldı - FOTO
Türkiyənin məşhur aktrisası Canan Ergüder süd vəzi xərçənginə tutulduğu üçün baş rolunu oynadığı “Menejerimi ara” serialından ayrılıb.
Bu barədə “Haber Global” xəbər yayıb.
Kimya terapiyasına başlayan aktrisa çəkiliş meydanından çəkdirdiyi fotoları özünün “Instagram” hesabından paylaşıb.
“Bəzən izlədiyimiz yol gözlənilməz bir dönüşə səbəb ola bilər. Əhəmiyyətli olan çox sarsılmadan axına tabe olmaqdır. Bildiyiniz kimi, səhhətimlə əlaqədar bir müddət işimə ara verirəm. Bu axşam “Menejerimi ara”da oynadığım son bölüm olacaq. “Feris Dikmen”lə vaxtsız vidalaşmaq mənim üçün çətin olsa da, onu oynaya bilmək çox xoş idi”, - deyə Ergüder bildirib.
Pərəstişkarları bu xəbərdən çox kədərlənərək, onun tezliklə sağalmasını diləyiblər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Mədəniyyət xəbərləri
25 
Apr
2024
12:28
Xalq artisti Kamran Ağabalayevi debata çağırdı: “Siz söyüşlə danışırsınız”
16
81
2836
24 
Apr
2024
20:12
Bakıda Qırğızıstan mədəniyyət günlərinin açılış mərasimi keçirilib - FOTO/VİDEO
115
12
767
24 
Apr
2024
17:40
Rasim Balayev: “Məni aşağıladılar, ailəmə yaxın adam...” - MÜSAHİBƏ + FOTO
14
102
2655