27 
Apr
2021
16:30
82
55
3848
Virtual karabakh

Gazelli Art House sərgi keçirəcək - FOTO

27 Apr, 2021
16:30
3848

Gazelli Art House sərgi keçirəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gazelli Art House” həm mücərrəd, həm fiqurativ illüstrasiyalar vasitəsilə müxtəlif mövzuları toxunan “Qrafik Hekayələr” sərgisini təqdim edir. 

Sərginin iştirakçıları - rəssamlar Arif Hüseynov, Tərlan Qorçu, Zöhrab Salam-zadə və Fidan Hümbətlı - rəsm əsərlərində dünyanı öz hisslərinin prizmasından təsvir edərək, müəyyən konsepsiyaları çatdırmaq üçün qrafikadan bir platforma kimi istifadə edirlər.

Sərgi bu ilin 28 aprel – 1 iyun tarixlərində keçirləcək. 
Qalereya Çərşənbə axşamı - Bazar, saat 12:00-dan 20:00-dək açıqdır.

Arif Hüseynov

Azərbaycan Respublikasının xalq rəssamı, 40 ildən çoxdur ki, dəzgah, plakat qrafiki, eləcə də uşaqlar və böyüklər üçün kitab rəssamı kimi məşhurdur. 
Onun fərdi sərgiləri dünyanın müxtəlif şəhərlərində - Moskva, Praqa, İstanbul, Tokio və Bakıda keçirilir. Arif Hüseynovun rəsm əsərləri dünyanın bir çox muzeylərində nümayiş olunur. 
Təqdim edilmiş "Vaxt var ikən" rəsmləri Azərbaycan poeziyasının novatoru və filosofu Rəsul Rzanın ruhunu və əhvalını əks etdirən şeirlərinin motivləri əsasında çəkilmiş illüstrasiyalardır.  Müəllif rəsmlərini sülh, xeyirxahlıq və ədalətə, azadlıq, bərabərlik və qardaşlıq cəmiyyətinə inanan görkəmli şair və vətəndaşın səviyyəsinə yüksəltməyə çalışıb.

Tərlan Qorçu

Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar rəssamı, Bakı Marionet teatrının Deirektoru. Tərlanın yaradıcılığında müasir kalliqrafiya, tekstil, heykəltəraşlıq, fotoşəkil və instalyasiyalar kimi incəsənətin müxtəlif istiqamətləri istifadə edilir, ənənəvi formalar müasir texnika ilə kəsişir. Rəssamın əsərləri bütün dünyada, o cümlədən 53-cü Venesiya Biennallesində, Polşada, Litvada, Fransada, Gürcüstanda, İtaliyada, İsveçrədə və Rusiyada keçirilmiş bir çox əhəmiyyətli sərgilərdə nümayiş etdirilib.  

"Qobustanın qayaüstü təsvirləri" seriyasında müəllif müasir texnologiyaların köməyilə çoxsaylı qayaüstü təsvirlərini tam bir rəsmdə birləşdirmiş, qara və ağ rənglərdə gördüklərini Qobustan sakinlərinin həyatından üç əlvan rəngli səhnəyə - köçmə, ov, başçının portreti - bölmüşdür.

Zöhrab Salam-zadə 

Azərbaycan Respublikası Rəssamlar İttifaqının üzvü, 40-dan çox yerli və xarici qrup sərgiləri və layihələrinin iştirakçısı. Rəsm əsərlərinin əsas motivi - İslamın mistik cərəyanı, sufizm, dərvişlər, cinlər, o cümlədən şəhər motivləri, ənənələr və iman.
Təqdim edilmiş əsərlərdə daxili aləm, fəlsəfə və  xəyal və yuxular haqqında çox sadə və eyni zamanda dolğun kompozisiyalara rast gəlmək olar. 

Fidan Hümbətlı

Keramika rəssamı, konseptual keramika və illüstrasiya istiqamətində çalışır, eksteryer və interyer üçün keramikadan hazırlanmış incəsənət obyektləri yaradır.
Rusiya və Almaniyada keçirilmiş beynəlxalq festivallarda dəfələrlə iştirak edib. 

Təqdim edilmiş əsərlər qədim yunan miflərinə həsr olunub: öz yaradıcılığında Fidan əsasən miflərdən, fəlsəfədən və qədim rəssamların, keramikaçıların, heykəltəraşların işlərindən ilham alır.

“Gazelli Art House” haqqında 

Gazelli Art House ilk dəfə öz qapılarını 2003-cü ildə Gazelli House binasında öz yaradıcısı və direktoru Mila Əsgərovanın təşəbbüsü ilə açıb, və burada ilk olaraq Azərbaycan rəssamlarının sərgiləri uğurla keçirilib.

Qalereya üçün yeni inkişaf mərhələsi Mila Əsgərovanın konseptual baxımdan əlaqəli sərgilər keçirdikdən sonra, 2012-ci ildə Londonda da Gazelli Art House məkanının açılışı ilə başladı. 

2017-ci ildə irimiqyaslı yenidənqurma işlərindən sonra, Bakıdakı qalereya ən müxtəlif janrlı əsərləri - Stenli Kasselman, Derek Boşye, Ciovanni Ozzolo, Kalliope Lemmos, Niyaz Cəfərov, Risaykl Qrup, Ceyn MakAdam Freyd və bir çox digər şəxsiyyətlərin yaratdıqları incəsənət, fotoşəkil, kino, video, multimedia instalyasiyaları, skulpturlar sərgiləməklə müasir incəsənətsevərləri sevindirməkdə davam edir və qısa zaman ərzində şəhər sakinlərinin və paytaxtın qonaqlarının sevimli məkanına çevrilib.

London və Bakıda yerləşən qalereyalar təkcə sərgilər deyil, həm də mühazirələr, seminarlar, master-klasslar, art-terapiya təşkil edir. Qalereya xarici qalereya və muzeylərlə fəal şəkildə əməkdaşlıq edir.
Gazelli Art House həm öz qalereyasında, həm də nüfuzlu beynəlxalq sərgilərdə yeni istedadlar kəşf etməyə, vaxtilə unudulmuş ustaları canlandırmağa və artıq öz yerini tutmuş məşhur rəssamları daha da məşhurlaşdırmağa can atır.

Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlamağınız xahiş olunur:  [email protected]

172 Lev Tolstoy Küç, Bakı +99 412 498 1230. İnfo @GAZELLIARTHOUSE.COM   GAZELLIARTHOUSE .COM

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri