May
2021
12:36
24
304
10845
Virtual karabakh

Arif Quliyevin son vəziyyəti AÇIQLANDI

5 May, 2021
12:36
10845

Arif Quliyevin son vəziyyəti AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xalq artisti Arif Quliyevin vəziyyəti ağır kritik olaraq qalır”.

Bunu Oxu.Az-a açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, Xalq artisti artıq səkkiz gündür ki, süni tənəffüs aparatının dəstəyi altındadır:

“Ağciyər funksiyalarında irəliləyiş əldə etmişik, amma hazırda xəstənin vəziyyətinin kritik olmasında serebro-vaskulyar bir hadisənin olmasından şübhələnirik. Nevropatoloq müayinəsi olub və beyində görüntülənmə olması istənilib. Görüntülənmə istilənməsi riskli və çətindir. Gün ərzində beyin maqnit – rezonans tomoqrafiyasının olmasını planlamışıq. Çalışırıq ki, bu müayinəni edək və beyində olan problemi dəqiqləşdirək”.

“Hazırda vəziyyəti pisdir. Beyində bir patologiyanın olması proqnozun daha pis yöndə olmasına işarə verir”, - deyə həkim əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri