19 
May
2021
01:07
443
218
13235
Virtual karabakh

Azərbaycan “Eurovision-2021”in finalında – YENİLƏNİB + VİDEO

19 May, 2021
01:07
13235

Azərbaycan “Eurovision-2021”in finalında – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandın Rotterdam şəhərində “Eurovision-2021” mahnı müsabiqəsinin birinci yarımfinalında səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən Azərbaycan final yarışmasına vəsiqə qazanıb.

Qeyd edək ki, müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.

Xatırladaq ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

00:31

Niderlandın Rotterdam şəhərində “ Eurovision-2021” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

Müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü çıxaraq “Mata Hari” mahnısını ifa edib.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.

Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri