İyn
2021
14:42
7
287
3390
Virtual karabakh

Gəncədə Əhməd Cavadın xatirə lövhəsi yoxa çıxıb - FOTO

7 İyn, 2021
14:42
3390

Gəncədə Əhməd Cavadın xatirə lövhəsi yoxa çıxıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Dövlət Himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın Gəncə şəhəri, Nizami rayonu Heydər Əliyev prospekti, ev 495 ünvanında binanın üzərinə vurulan xatirə lövhəsi dörd ildir ki, yoxa çıxıb və qoyulmur”.

Bunu Oxu.Az-a açıqlamasında Əhməd Cavadın nəticəsi Cavad Axundzadə bildirib.

O, qeyd edib ki, ulu babasının yaşadığı binaya vurulan xatirə lövhəsi 2017-ci ildə təmir zamanı götürülüb:

“Həmin lövhə indiyə kimi yerinə qoyulmayıb”.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. 

Qurumun Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin mətbuat katibi Vüsal Balayev saytımıza açıqlamasında bildirib ki, məsələ artıq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova məruzə olunub:

“Əhməd Cavadın xatirə lövhəsi qısa bir vaxt ərzində bərpa ediləcək. Köhnə lövhəsi yararlı vəziyyətdədirsə, restavrasiya olunacaq və ya yeni lövhə hazırlanacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri