İyl
2021
05:22
124
12
6894
Virtual karabakh

Kventin Tarantino təqribən bir əsrlik tarixi olan kinoteatrı alıb - FOTO

8 İyl, 2021
05:22
6894

Kventin Tarantino təqribən bir əsrlik tarixi olan kinoteatrı alıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oscar” mükafatı laureatı Kventin Tarantino Los-Ancelesdə şəhərində qədim “Vista” kinoteatrını alıb.

THR-in məlumatına görə, bu barədə məşhur rejissorun özü elan edib.

O, koronavirus pandemiyası səbəbiylə bağlanan bir otaqlı bir kinoteatrın, ehtimal ki, bu ilin sonunda açılacağını bildirib.

“Sansetdəki “Vista”nı aldım. Ehtimal ki, Milada kimi açarıq. Orada həm köhnə, həm də yeni filmlər təqdim olunacaq. O, “New Beverly Cinema”ya  (Tarantinonun daha bir kinoteatrı) oxşamayacaq, oranın öz atmosferi var. “Vista” - kral tacında gözəl bir mirvaridir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 400 nəfərlik “Vista” kinoteatrının təqribən bir əsrlik tarixi var. İlk dəfə o, 1923-cü ilin oktyabrında açılıb. İllər keçdikcə burada həm vodevil, həm də film nümayişləri olub.

Xatırladaq ki, “Oskar”, “Qızıl Palma Budağı”, “Qızıl Qlobus”, həmçinin Britaniya kino və televiziya incəsənətləri akademiyası mükafatları laureatı Kventin Tarantino bu yaxınlarda onuncu filmini çəkdikdən sonra kinodan ayrılacağını açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri