21 
Avq
2021
07:50
133
18
5109
Virtual karabakh

Məşhur rəssamın itmiş əsəri bir qadının evində tapılıb - FOTO

21 Avq, 2021
07:50
5109

Məşhur rəssamın itmiş əsəri bir qadının evində tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtalyan rəssam Kanaletto (Covanni Antonio Kanal) tərəfindən çəkilən və itmiş hesab olunan əsər ingiltərəli qadının evində tapılıb.

Bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, əsər bu yaxınlarda dünyasını dəyişmiş qadının evində işləyən qiymətləndiricilər tərəfindən aşkarlanıb. Onlar divardan asılmış rəsmin Kanalettonun itmiş sayılan “Venesiya, Müqəddəs Mark hövzəsinin yanından Doqana burnu” əsəri olduğunu müəyyən ediblər.

Kətanda Doqana-da-Marda köhnə gömrük binası təsvir edilib. Güman ki, rəsm 17-ci əsrin ortalarında çəkilib.

Əsər ev sahibinin anası tərəfindən 1920-ci ildə alınıb, bi ilin sentyabrın 28-də isə hərraca çıxarılacaq.

Sənət əsərinin qiyməti 200 min dollar (340 min manat) civarındadır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri