19 
Noy
2021
06:23
21
74
3284
Virtual karabakh

“Dune” fantastik filminin ikinci hissəsində yeni antaqonist barədə anons edildi - FOTO

19 Noy, 2021
06:23
3284

“Dune” fantastik filminin ikinci hissəsində yeni antaqonist barədə anons edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rejissor Denis Villnev “Dune” filminin ikinci hissəsində yeni antaqonistin göründüyünü təsdiqlədi.

Kinorejissorun sözlərinə görə, filmin davamında tamaşaçılar Frank Herbertin eyniadlı kitabında önəmli obraz olan Feyd-Rauta Harkonneni görəcəklər. Vilnev ilk epizodda bilərəkdən bu qəhrəmanı göstərmədiyini izah etdi.

“Bu, mənim şəxsən qəbul etdiyim seçimdir. Birinci hissədə çoxlu personajlar var idi və Feydi ikinci hissəyə buraxmaq daha zərif olardı. Bu, şübhəsiz ki, çox, çox vacib bir personaj olacaq”,  - deyə Villenev bildirib.

Feyd-Rauta Harkonnen Abulurd Harkonnen və həyat yoldaşı Emmanın oğludur.

Film haqqında qısa məlumat: Məşhur Atreydes evinin varisi Pol ailəsi ilə birlikdə Kainatın ən təhlükəli planetlərindən birinə - Arrakisə gedir. Burada qum, yandıran günəş, nəhəng bədheybətlər və qalaktikalararası qarşıdurmaların əsas səbəbi Melanj adlı inanılmaz qiymətli bir qaynaqdan başqa heç nə yoxdur. Hakimiyyətin ələ keçirilməsi nəticəsində Pol qaçmaq və gizlənmək məcburiyyətində qalır və bu onun epik səyahətinin başlanğıcı olur.

Mənbə: Empire

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri