20 
Noy
2021
10:52
228
14
1733
Virtual karabakh

Ağdamda ermənilərə məxsus fosforlu mərmilər tapıldı - FOTO/VİDEO

20 Noy, 2021
10:52
1733

Ağdamda ermənilərə məxsus fosforlu mərmilər tapıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad edilən ərazilərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində düşmən ordusunun tərk etdiyi hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ağdam rayonunda aparılan tədbirlərlə 1 qumbaraatan, 72 qumbaraatan mərmisi, 3 Qrad mərmisi, 2 fosforlu mərmi, 2 tank əleyhinə mina, 9 əl qumbarası və alışdırıcısı, 2 rabitə vasitəsi və 6 minə yaxın müxtəlif çaplı patronlar aşkar edilərək təhvil verilib.

Eyni zamanda ümumi çəkisi 3,3 tondan artıq 5 574 ədəd yabanı halda bitmiş çətənə bitkisi yığılaraq məhv edilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri