24 
Noy
2021
08:40
118
11
979
Virtual karabakh

Kianu Rivz “Marvel” kainatının filmlərində oynamaq istəyir - FOTO/VİDEO

Kanadalı aktyor Kianu Rivz “Marvel” Kinematoqrafiya Kainatının filmlərinə qoşulacağı ilə bağlı şayiələri cavablandırıb. O, bu barədə “Esquire” jurnalının “YouTube” kanalında danışıb.

“Bu, daha çox kainat deyilmi? Demək olar ki, multkainata bənzəyir”, - deyə o, bildirib, ancaq filmlərdə iştirak edəcəyi ilə bağlı xəbərləri təkzib edib.

Aktyor əlavə edib ki, “Marvel” filmlərində iştirak etmək onun üçün şərəf olardı, çünki bu filmləri əvvəllər heç kimin bacarmadığını edən rejissorlar və uzaqgörənlər idarə edir.

“Bu mənada “Marvel” Kinematoqrafiya Kainatı miqyas, ambisiya, istehsal baxımından xüsusidir. Ona görə də bunun bir parçası olmaq əla olardı”, - deyə Rivz deyib.

Qeyd edək ki, bundan əvvəl “Warner Bros.” Kianu Rivzin baş rolda oynadığı “Matrix: Dirilmə” (“The Matrix Resurrections”) filminin yeni posterini yayımlayıb. Burada filmin əsas personajları - Neo, Triniti və Morfeus göstərilir. Həmçinin kadrda iki yeni qəhrəmanı görmək olar. Onlardan biri də Cessika Henvikin personajıdır.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri