24 
Noy
2021
12:04
136
15
1071
Virtual karabakh

Rusiyalı nümayəndə: “Nizami Gəncəvi əbədiləşdirilməyə layiq dahi şair və mütəfəkkirdir”

24 Noy, 2021
12:04
1071

Rusiyalı nümayəndə: “Nizami Gəncəvi əbədiləşdirilməyə layiq dahi şair və mütəfəkkirdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rus ədəbiyyatı nümayəndələri istisna olmaqla, dünyada elə bir mütəfəkkir və şair yoxdur ki, onun adına Rusiya şəhərlərində iki heykəl qoyulsun”.

Oxu.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Nizami Gəncəvi Beynəlxalq Forumu çərçivəsindəki çıxışı zamanı deyib.

O bildirib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həm Sankt-Peterburq, həm də Moskva şəhərində heykəlləri qoyulub və bu heykəllərin ucaldıldığı dövr heç də asan zaman deyildi:

“Nizami Gəncəvi əbədiləşdirilməyə layiq dahi şair və mütəfəkkirdir. O, təkcə Azərbaycanın deyil, İslam dünyasının, Şərqin dahi oğludur. Onun fikirləri müxtəlif xalqları, dinləri, qəbilələri birləşdirə bilib. İnsan həyatının çox maraqlı tərəflərini başa düşməyə imkan yaradıb”.

O qeyd edib ki, 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda və Peterburqda blokadanı hiss etdiyimiz dövrdə Nizami Gəncəvinin 800 illiyi qeyd edilmişdi:

“İnsanlar həmin vaxt tamamilə başqa şeylər haqda düşünürdülər və belə bir situasiyada, müharibə ərəfəsində Nizami Gəncəviyə tədbir həsr edilmişdi”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri