15 
Dek
2021
20:30
277
19
3104
Virtual karabakh

Məşhur italyan DJ Qobustandakı Qavaldaşda çıxış edib - FOTO/VİDEO

15 Dek, 2021
20:30
3104

Məşhur italyan DJ Qobustandakı Qavaldaşda çıxış edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Qobustan Milli Tarix-Mədəniyyət Qoruğunda “Sərhədsiz musiqi” (Musik Without Frontiers) adlı tədbir keçirilib.

Oxu.Az-ın məlumatına görə, tədbir çərçivəsində məşhur italyan dj Donato Papadia (Papa DJ) musiqi proqramıyla çıxış edib. O, hətta Qavaldaş üzərində də öz məharətini göstərib.

DJ-i yerli musiqiçilər, o cümlədən Qədim Milli Musiqi Alətləri Ansamblı müşayiət edib. Müasir elektron musiqi ilə milli etno-folklorun sintezi unudulmaz təəssürat yaradıb. Şou üçün fon rolunu ibtidai insanların 20 min illik tarixə malik qədim yaşayış məskəni oynayıb.

Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kuzmenko PR & Events” beynəlxalq agentliyi tərəfindən təşkil olunub. Təşkilatçıların məqsədi “Biz sağıq! Biz bütün müharibələrdən və pandemiyalardan sağ çıxacağıq!” kimi bir musiqili mesajı bəşəriyyətə çatdırmaq olub.

Qobustan qoruğunun direktoru Vüqar İsayev qonaqlara “qayalı şəhər”in ərazisində yerləşən tarixi abidələr, habelə onun dünya arxeologiya elmi üçün əhəmiyyətindən danışıb. İtaliyadan və Ukraynadan gələn qonaqlar Qobustan ərazisində gördükləri eksponatlardan məmnun qalıblar.

Tədbirin videosu Avropanın aparıcı musiqili “YouTube” kanallarında yayımlanacaq.

Xatırladaq ki, Qobustan Azərbaycan ərazisində UNESCO tərəfindən bəşəriyyətin mədəni irs obyekti kimi qorunan üç məntəqədən biridir.

Namiq Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri