21 
Dek
2021
13:16
116
18
2085
Virtual karabakh

Mədəniyyət Nazirliyi Xoreoqrafiya Akademiyasında araşdırmalara başlayıb

21 Dek, 2021
13:16
2085

Mədəniyyət Nazirliyi Xoreoqrafiya Akademiyasında araşdırmalara başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xoreoqrafiya Akademiyasının rektor əvəzi Nailə Məmmədzadə ilə bağlı şikayətlər araşdırılır”.

Bunu “Report”a açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, araşdırmalar hələlik başa çatmayıb və bu səbəbdən nəticə barədə danışmaq tezdir: “Oradakı problemlər diqqət mərkəzindədir. Xoreoqrafiya bizim üçün çox vacib sahədir. Biz orada islahatlar aparılmasını istəyirik. Nöqsanlar aradan qaldırılmalıdır. Şikayətlərin anonim olması bizi narahat edir. Buna baxmayaraq, obyektivliyi qorumaq üçün şikayətlər araşdırılır. Nəticələr barədə məlumat veriləcək”.

Qeyd edək ki, Xoreoqrafiya Akademiyanın bir qrup əməkdaşı rektorun səlahiyyətlərini icra edən Nailə Məmmədzadə ilə bağlı mədəniyyət naziri Anar Kərimova şikayət xarakterli açıq məktub yazıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri