23 
Dek
2021
04:58
37
126
2863
Virtual karabakh

Ledi Qaqa “Gucci Evi” filmindəki rolunun təfərrüatını açıqlayıb - FOTO

23 Dek, 2021
04:58
2863

Ledi Qaqa “Gucci Evi” filmindəki rolunun təfərrüatını açıqlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni və aktrisa Ledi Qaqa Ridli Skottun “Gucci Evi” (“House of Gucci”) filmində baş qəhrəman “Patrisiya Reggiani” rolu üzərində necə işlədiyini danışıb.

Onun sözlərinə görə, filmdə çəkilişlərə hazırlaşarkən macəraçı və Mauritsio Quççinin həyat yoldaşı Patrisiyanın həyatı haqqında materialları diqqətlə öyrənib. Aktrisanın fikrincə, qadının formalaşmasına anası Silvana Reggianinin rolu var.

“O (ana – red.), sözün əsl mənasında dələduzluq etdi, qızını nəinki zəngin gənclərlə tanış etdi, hətta onlara təklif etdi. Patrisiya ilə ilk dəfə bu baş verəndə o, cəmi 12 yaşında idi. Yəni qız sözün əsl mənasında, azyaşlıya qarşı zorakılığın, təcavüzün qurbanı olub”, - deyə ifaçı vurğulayıb.

Qaqa onu da bildirib ki, qəhrəmanı çoxlarının düşündüyü kimi pul ovçusu olmayıb, o, sadəcə Gucci ailəsinin üzvlərindən, elə Mauritsionun özündən diqqət istəyib. Müğənni əlavə edib ki, Reggiani “heç kimdən”, “oyuncaq”dan hörmət edilən qüvvəyə çevrilməyə çalışıb, o, Gucci ailəsinin bütün zəngin və imtiyazlı kişilərinə qarşı təkbaşına durub.

Qeyd edək ki, Gucci ailəsi “Gucci Evi” filmində əks olunanları böhtan adlandırıblar.

“Gucci evi” qətli keçmiş həyat yoldaşı Patrisiya Reggiani tərəfindən sifariş edilən Mauritsio Quççinin ölüm hekayəsindən bəhs edir.

Filmdə Ledi Qaqa “Patricia Reggiani” (bu rola görə “Oskar” mükafatına namizəddir), Adam Driver isə  “Maurizio Gucci” rolunu canlandırıb. “Gucci evi”ndə həmçinin Salma Hayek, Al Paçino, Ceremi Ayrons və Cared Leto da iştirak edib.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri