24 
Dek
2021
05:04
43
310
6871
Virtual karabakh

Məşhur aktyor dərs dediyi tələbəri ilə intim münasibəti etiraf edib

24 Dek, 2021
05:04
6871

Məşhur aktyor dərs dediyi tələbəri ilə intim münasibəti etiraf edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cinsi istismarda ittiham olunan tanınmış aktyor Ceyms Franko yaratdığı aktyor məktəbində tələbələri ilə intim münasibətdə olduğunu etiraf edib.

Frankonun sözlərinə görə o, qadınlar arasında uğurun aludəçisi olub.

“Etiraf edirəm ki, dərs dediyim müddətdə qız tələbələrlə yatmışam və bu, səhv idi”, - deyə aktyor bildirib. O, bu münasibətlərin qarşılıqlı razılaşma əsasında olduğunu vurğulayıb.

O, həmçinin aktyorluq məktəbini yaradarkən (hansı ki, “yataq səhnələri” dərsi də var idi), hədəfinin tələbələrlə intim münasibət olmadığını qeyd edib.

“Bu dərslər intim səhnələrdən deyil, personajlar arasında romantik münasibətin necə göstərilməsindən gedir”, - deyə o, əlavə edib.

Qeyd edək ki, 2018-ci ildə aktyora qarşı cinsi istismar ittihamları səsləndi. 2019-cu ildə onun aktyorluq məktəbinin tələbələri Sara Tifer-Kaplan və Toni Gaal Frankonu məhkəməyə verdilər. İddia bəyanatında aktyor tələbələrə qarşı ədəbsiz davranmaqda və vəzifəsindən cinsi mənfəət əldə etmək üçün istifadə etməkdə günahlandırılıb. Belə ki, o, aktrisa olmaq istəyənlərə layihələrinə dəvət edəcəklərinə söz verib.

2021-ci ilin fevralında Franko tələbələrlə razılığa gəldi, onlar iddialarından əl çəkdilər. Fərdi iddiaları həll etmək üçün aktyor 2,235 milyon dollar ödəyib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri