29 
Dek
2021
23:54
81
14
1619
Virtual karabakh

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni üzvlər qəbul olundu

29 Dek, 2021
23:54
1619

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni üzvlər qəbul olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə namizəd olanların sayı getdikcə artır. İl ərzində olunan müraciətlər AKİ İdarə Heyəti tərəfindən baxılır və səsvermə keçirilir.

2021-ci ilin ikinci yarısı üçün qəbul olunan müraciətlər artıq təsdiq olunub. Səsvermənin nəticəsi olaraq kinorejissorlar Emin Əfəndiyev, Rüfət Şahbazov, prodüser Amiran Babayev, aktyorlar Salman Bayramov, Eldar Bağırbəyov, İlkin Misgərli, aktrisa Zarina Qurbanova, ssenaristlər Elxan Xanəlizadə, Valeh Əhmədov, İbrahim Nəbioğlu və ssenarist, şair Xəyal Rzanın üzvlüyü İdarə Heyəti tərəfindən təsdiq olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyünə qəbul olunan yeni üzvləri təbrik edir, onlara peşələrində uğurlar arzu edirik!

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri