Yan
2022
16:54
17
229
3049
Virtual karabakh

Dahi şairin məzarı ətrafına kim qənim kəsildi? - VİDEO

Görkəmli şair Mirzə Ələkbər Sabirin məzarı ətrafındakı ağaclar kəsilib, yaxınlıqdakı qəbirlərə hörmətsizlik edilib.

Hadisə Şamaxının tarixi “Yeddi Günbəz” qəbiristanlığında qeydə alınıb.

Mədətovlar ailəsi iki gün öncə yaxınlarının məzarını ziyarət gələrkən üzücü hadisə ilə rastlaşıblar. Onlar məzarlıqdakı dəmir arakəsmələrin naməlum şəxslər tərəfindən aparıldığına şahid olublar.

Zərərçəkən Atabəy Mədətov deyir ki, hər hansı insanla ədavəti olmayıb. Bu, yalnız oğurluq hadisəsidir. Bununla bağlı hüquq-mühafizə orqanlarına da məlumat verəcəklərini bildiriblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri