27 
Yan
2022
04:32
16
352
6153
Virtual karabakh

Məşhur aktrisanın valideynləri soyuqdan donaraq ölüb - FOTO

27 Yan, 2022
04:32
6153

Məşhur aktrisanın valideynləri soyuqdan donaraq ölüb - FOTO

Bir ay əvvəl validyenlərini itirən aktrisa Alisiya Uitt onların soyuqdan donaraq öldüyünü bildirib.

Bu barədə  ulduz özünün “Facebook” səhifəsində məlumat verib.

87 yaşlı Robert Vitt və 75 yaşlı Diana Uitt uçuq-sökük evdə donaraq ölüblər. Aktrisanın dediyinə görə, valideynləri 10 il onun köməyindən imtina ediblər.

“Onlar kasıb deyildilər. Ancaq inanılmaz dərəcədə inadkar idilər və öz seçimlərini edirdilər, hansından ki, mən onları vaz keçirə bilmirdim. Bacardığım qədər, onlar imkan verdikləri həddə kömək etdim. Onların istiliklərinin olmadığını bilmirdim və niyə bu barədə mənə danışmadıqlarını başa düşmürəm”, - deyə aktrisa yazıb.

Qeyd edək ki, Alisiya Uitt valideynlərindən bir neçə gün xəbər almadığı zaman narahat olmuş və yaxın qohumuna zəng edərək onlara dəyməsini istəmişdi. Qohumu evə gedəndə yaşlı insanların öldüyünü görüb və polisə xəbər verib. Polis onları tapanda cütlüyün birinin əynində palto olması onların hipotermiyadan öldüyü ehtimalını vermişdi. Bu gün isə Uitt onların həqiqətən donaraq öldüyünü təsdiqləyib.

“Gəzən ölülər” serialının ulduzu Alisiya Uitt “88 dəqiqə” filmi və “Elli Makbil” serialındakı rolları ilə də tanınıb. Bundan başqa o, bəstəkar və peşəkar ifaçıdır.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri