May
2022
08:40
214
52
3822
Virtual karabakh

“Avatar-2”nin ilk treyleri əla keyfiyyətlə sosial şəbəkəyə sızdı - FOTO/VİDEO

8 May, 2022
08:40
3822

“Avatar-2”nin ilk treyleri əla keyfiyyətlə sosial şəbəkəyə sızdı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrə “Avatar” filminin “Su yolu” (“The Way of Water”) adlı ikinci hissəsinin treyleri sızıb. Rəsmi video yalnız may ayının ortalarında təqdim olunacaq.

Filmin davamı birinci hissədəki hadisələrdən on il sonra baş verənləri və Sallinin ailəsindən bəhs edir.

“Su yolu”nun premyerası cari ilin dekabrın 16-na təyin olunub.

Qeyd edək ki, elmi-fantastik filmin ilk hissəsi 2009-cu ildə nümayiş olunub. Film insanların və Na’vi adlı yadplanetlilərin qarşılıqlı əlaqələri, Na’vi aləminə xətərli müdaxilə barədədir. Üç “Oskar” və bir “Qızıl Qlobus” mükafatını almış “Avatar” dünyanın ən gəlirli filmi olub.

Məlumata görə, üçüncü, dördüncü və beşinci hissə müvafiq olaraq 2024, 2026 və 2028-ci illər üçün planlaşdırılıb.

Mənbə: Plugged In

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri