18 
İyn
2022
15:36
287
12
2822
Virtual karabakh

Siyavuş Aslanın canlandırdığı obrazı bir də səhnələşdirmək mümkün olmayacaq - VİDEO

18 İyn, 2022
15:36
2822

Siyavuş Aslanın canlandırdığı obrazı bir də səhnələşdirmək mümkün olmayacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Çingiz Əhmədov mərhum Xalq artisti Siyavuş Aslanla bağlı xatirəsini bölüşüb.

Bu barədə aktyor, ATV-də yayımlanan “Zaurla Günaydın” proqramında danışıb:

“Bir dəfə Siyavuş Aslan maşınını düzəltdirməyə gedib. Orada ustaya deyib, nə vaxta bitər? O da danışanda kəkələyib. Deyib, bu, əsl obrazdır ki... Oturub onunla çay içib. Gəlib teatrda məşq edəndə başlayıb elə danışmağa”.

Verilişdə qonaq olan Əməkdar artist, aktyor Əkbər Əlizadə isə artıq bu cür obrazların oynanılmasının teatrda qadağan edildiyini söyləyib:

“İndi fiziki məhdudiyyəti, əlilliyi olan insanları səhnədə gülüş hədəfinə çevirmək qəti qadağandır. Olmaz... Əvvəl belə adamlara “dilişirin” deyirdik. Mədəniyyət Nazirliyinin bununla bağlı qərarı var”.

Zaur isə ad çəkmədən bəzi proqramlarda bunun edildiyini bildirib:

“Televiziyada da bu qanun var, qadağandır. Amma riayət edən yoxdur. Baxırsan, psixoloji problemli insanları efirə çıxarıb məsxərəyə çevirirlər, ondan reytinq tuturlar”.

Daha ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri