10 
Sen
2022
10:17
181
18
1727
Virtual karabakh

Dərbənddə Azərbaycan plovunun təqdim olunduğu festival keçirilib - VİDEO

10 Sen, 2022
10:17
1727

Dərbənddə Azərbaycan plovunun təqdim olunduğu festival keçirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dərbənddə Azərbaycan yeməklərinin də təqdim olunduğu ümumşəhər plov festivalı keçirilib.

Bu barədə TASS-a şəhər administrasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Dərbənddə şəhərin turizmin və xalq yaradıcılığının inkişafı mərkəzinin təşkilatçılığı ilə ümumşəhər plov festivalı keçirilib”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, festivalda Azərbaycan, ləzgi, tat və tabasaran xalqlarının nümayəndələri plovun milli növlərini təqdim ediblər.

“Ümumilikdə on çeşid var, bu il on birincisi ispan plovu olub. Bu tədbir turistləri maksimum dərəcədə cəlb etmək, qonaqlara bizim qastronomiyamızı göstərmək, tanıtmaq üçün keçirilir. Həmçinin burada Dağıstanın xalq sənətkarlığı, rəsm qalereyası, teatr nümunələri var”, - mətbuat xidmətindən əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri