23 
Okt
2022
17:15
59
566
11835
Virtual karabakh

Xanəndə Süleyman Abdullayev dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

23 Okt, 2022
17:15
11835

Xanəndə Süleyman Abdullayev dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist, xanəndə Süleyman Abdullayev dəfn olunub.

APA xəbər verir ki, əvvəlcə mərhum sənətkarla evində və Təzə Pir məscidində vida mərasimi keçirilib.

Mərasimda Süleyman Abdullayevin ailə üzvləri, sənət dostları ilə yanaşı, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edib.

Daha sonra dəfn olunmaq üçün Müşfiqabad qəbiristanlığına aparılıb və ailə məzalığında dəfn olunub.

Qeyd edək ki, “Dədə Süleyman” kimi tanınan əməkdar artist bu gün səhər vəfat edib.

14:08

Əməkdar artist, xanəndə Süleyman Abdullayevlə (Dədə Süleyman) vida mərasimi bu gün saat 14:00-dan 15:00-a kimi yaşadığı evdə - Bakı şəhəri, Yasamal rayonunda keçiriləcək.

APA-nın xəbərinə görə, daha sonra xanəndə Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində ailə məzarlığında dəfn ediləcək.

11:00

Əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.

Bu barədə "Report"a xanəndənin qızı Aygün Abdullayeva bildirib.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır.

Xanəndə oxuduğu muğamlarda klassik şairlərin - Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verib. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılıb.

2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri