Dek
2022
13:52
180
29
3349
Virtual karabakh

Qurban Məsimov Kukla Teatrına direktor gətirilir? - AÇIQLAMA

9 Dek, 2022
13:52
3349

Qurban Məsimov Kukla Teatrına direktor gətirilir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kukla Teatrının direktoru vəzifəsinə təyinatı gözlənilən yeni namizədin adı məlum olub. 

Teatrdakı mənbədən Lent.az-a daxil olan məlumata görə, bu vəzifəyə teatrın baş rejissoru Qurban Məsimovun təyin ediləcəyi gözlənilir.

Məlumatda deyilir ki, Qurban Məsimov teatrda baş verən qalmaqallardan kənarda qalmaq üçün rayonlardan birinə ezamiyyətə göndərilib. 

İddia edilir ki, o özü də bu barədə bilirmiş və hətta teatrın əməkdaşlarına direktor təyin edildikdən dərhal sonra kollektivi dəyişəcəyi barədə xəbərdarlıq da edib.

Mövzuyla bağlı Qurban Məsimovla əlaqə saxladıq. O bildirdi ki, Tovuz rayonunda ezamiyyətdədir, direktor təyin ediləcəyinə dair ona heç kim heç nə deməyib.

Xatırladaq ki, dekabrın 8-də Azərbaycan Dövlət Kukla Teatrının rəhbəri Rəşad Əhmədzadə mətbuat konfransı keçirərək adının ləkələndiyini, işdən çıxarılması üçün oyunlar getdiyini və teatra Mədəniyyət Nazirliyi tərəfindən göndərilmiş yoxlamanın öz səlahiyyətini aşdığını bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri