29 
Dek
2022
17:17
222
303
2161
Virtual karabakh

Bu gün Faiq Ağayev 51 yaşını qeyd edir - FOTO

29 Dek, 2022
17:17
2161

Bu gün Faiq Ağayev 51 yaşını qeyd edir - FOTO

Bu gün Azərbaycan Respublikasının Xalq artisti Faiq Balağa oğlu Ağayevin ad günüdür. 

O, 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

F.Ağayev universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95” Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager” - Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlib. 


Bundan sonra onun peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin, 2012–2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.

1995-ci ildə müğənninin “Ola bilməz” adlı ilk albomu çıxır. 1998-ci ildə Faiq Ağayev üç gün davam edən “10 il Sizinlə” solo konsertinə görə “İlin konserti” nominasiyasında, 1999-cu ildə isə “Dəşti” klipinə görə “İlin klipi” nominasiyasında “Humay” Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, “İlin müğənnisi” nominasiyasında “Grand” Milli Mükafatını qazanıb.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı verilir.

2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.

2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı verilib.

2012-ci ilin 27–30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4 günlük anşlaqlı “VİDA” solo konsertləri keçib. Pərəstişkarlar arasında “Cənab Qızıl Şlyager” adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri