Yan
2023
21:43
168
13
1249
Virtual karabakh

Norveçdə Qarabağ ornamentlərilə işlənmiş geyimlər nümayiş olunacaq - FOTO

5 Yan, 2023
21:43
1249

Norveçdə Qarabağ ornamentlərilə işlənmiş geyimlər nümayiş olunacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 7-də Oslodakı Deyxman Byorvika Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın  “Northern Stories by CİZGİ” (“CİZGİ-dən Şimal Hekayələri”) adlı ekspozisiyasının açılışı olacaq.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı Oslodakı Azərbaycan Evidir. Qonaqlara əl işi geyimlər və ipək şərflər, Norveç və Qarabağ ornamentlərilə bəzədilmiş paltarlar təqdim olunacaq.

Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları bundan əvvəl Türkiyə, ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən Dəb Həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri