15 
Mar
2023
18:21
164
22
1887
Virtual karabakh

Naxçıvanın qədim Nuh türbəsi - FOTOREPORTAJ

15 Mar, 2023
18:21
1887

Naxçıvanın qədim Nuh türbəsi - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan şəhərində yerləşən Nuh Peyğəmbər türbəsi şəhərin ən qədim memarlıq abidələrindən biri hesab olunur.

Oxu.Az xəbər verir ki, türbədə Nuh peyğəmbərin dəfn edildiyinə inanılır. Abidə Naxçıvan şəhərində Köhnəqala ərazisindəki arxeoloji qazıntılar zamanı aşkar edilib.

Naxçıvanla bağlı olduğu iddia edilən və burada geniş yayılmış “Nuh tufanı” əfsanəsində göstərilir ki, Nuh peyğəmbər yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəldib, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurub. Səfər zamanı gəmi Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə İnandağa), Ordubaddakı Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağılarına toxunaraq keçib, Gəmiqayada quruya oturub. Nuh peyğəmbər gəminin toxunduğu dağlara ad verib. Əfsanəyə görə, Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salıb və gəminin qalıqları indi də buradakı “Ayı çuxuru” adlı yerdə qalmaqdadır.

Bu əfsanə Nuh tufanı haqqında qədim şumer və yəhudi əfsanələri ilə bu və ya digər dərəcədə səsləşir. Tədqiqatçı R. Sultanovun fikrincə, tufan Ağrı dağında vulkan püskürməsi ilə əlaqədar Dəclə və Fərat çaylarının daşması nəticəsində baş verib. Deməli, Ağrı dağına yaxın olan Araz çayında, daha doğrusu Naxçıvanın özündə də güclü daşqın olub. Ə. Hüseyni isə Gəmiqayada Nuh peyğəmbərlə bağlı qədim yazı olduğunu qeyd edib. Ümumilikdə Nuh əfsanəsi e.ə. II minilliyin ortalarında şumerlilər tərəfindən ilk dəfə yazıya alınıb. Bir sıra tarixçi və coğrafiyaşünasların fikrincə bu, Naxçıvan şəhərinin salındığı tarixlə eyni dövrə təsadüf edir.

Naxçıvanda Nuhdaban adlı qədim kəndin xarabalıqları, Nəhəcir (güman ki, Nuhəcir) dağı və kəndi indi də qalmaqdadır. Erməni tarixçisi M. Çamçıyan, XVI əsr ərəb coğrafiyaşünası Əl-Əşrəfi də Nuhun gəmisinin və qəbrinin Naxçıvanda olduğunu qeyd edirlər. Tanınmış Azərbaycan rəssamı Bəhruz Kəngərli yağlı boya ilə “Nuhun qəbri” rəsmini çəkib. Əsər hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır. Orta əsrlərdə xalq arasında Nuh peyğəmbərin məzarı kimi ziyarət edilən yerdə türbə inşa edilib.

Photostock.az-ın Nuh türbəsindən hazırladığı fotoreportajı təqdim edirik:

 

 

 

Daha çox foto burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri