19 
Dek
2023
17:52
50
14
967
Virtual karabakh

İçərişəhərdə marionet sənətinə həsr olunmuş “Dialoq” adlı beynəlxalq sərgi açılıb - FOTO

19 Dek, 2023
17:52
967

İçərişəhərdə marionet sənətinə həsr olunmuş “Dialoq” adlı beynəlxalq sərgi açılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Fotoqrafiya Evində “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən Bakı Marionet Teatrının 35 illik yubileyinə həsr olunmuş “Dialoq” adlı beynəlxalq sərgi açılıb.

Bu barədə Oxu.Az-a “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, keçirilən sərgidə məşhur gürcü rəssam, kukla ustası Baçana Xalvaşinin marionet və foto işləri, eləcə də Bakı Marionet Teatrı tərəfindən səhnələşdirilmiş “Leyli və Məcnun” tamaşasının marionetləri və dekorasiyaları nümayiş olunur. Ümumilikdə Bakı Fotoqrafiya Evində 20 foto və 12 marionet sərgilənir.

Sərgi 22 dekabr 2023-cü il tarixinədək Bakı Fotoqrafiya Evində ziyarətçilər üçün açıq olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri