29 
Mar
2024
17:52
335
7
1510
Virtual karabakh

Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb

29 Mar, 2024
17:52
1510

Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb.

Bu barədə siyahını “CNN Travel” tərtib edib.

Qeyd olunub ki, düşbərə Azərbaycanın milli xörəklərindəndir:

“Düşbərənin hazırlanması üçün nazik xəmir kiçik hissələrə bölünür və içinə qoyun və ya mal ətindən qiymə qoyulur. Sonra xəmir bağlanır. Düşbərə suda bişirilir. Sarımsaqlı qatıq və ya sirkə ilə yeyilir. Üzərinə quru nanə də səpilə bilir”.

Siyahıda Polşa mətbəxinə məxsus pyeroq, Hindistanın milli yeməyi olan modak, Rusiyanın pelmen, Mərkəzi Asiyadan mantı, italyanların ravioli və digər yeməklər də var.

Qeyd edək ki, düşbərə Azərbaycan milli mətbəxinin əsas xörəklərindəndir. Daha çox Bakı kəndlərinin yeməyi sayılan düşbərə bu gün, demək olar ki, hər bir ailədə bişirilir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri