Apr
2024
17:24
8
145
2695
Virtual karabakh

Məşhur rusiyalı müğənni arvadına mesaj yazdıqdan sonra intihar etdi: TƏFƏRRÜAT + FOTO

9 Apr, 2024
17:24
2695

Məşhur rusiyalı müğənni arvadına mesaj yazdıqdan sonra intihar etdi: TƏFƏRRÜAT + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın məşhur opera müğənnisi Yevgeni Kunqurov Moskvada evinin yaxınlığında ölü tapılıb. Onun üzərində zorakılıq əlamətləri olmayıb.

Bundan əvvəl 40 yaşlı müğənni həyat yoldaşına intihar etmək istəyi ilə bağlı mesaj göndərib.

Bu barədə mərhumun həmkarı Sergey Penkin xəbər verib.

Onun sözlərinə görə, saat 19:26-da İrina Meledina ərindən mesaj alıb:

“Məni hamamda tapacaqsan”, - deyə ismarışda yazılıb.

Həmin andan İrina ona zəng etməyə çalışsa da, heç kim cavab verməyib. Saat 21:00-da qadın təcili yardım xidmətinə mənzili yoxlamaq xahişi ilə müraciət edib. Hadisə yerinə gələn həkimlər Kunqurovun ölümünü təsdiqləyiblər.

Qeyd edək ki, cütlük boşanma ərəfəsində olub.

Bir sıra mənbələrdən əldə edilən məlumata görə, Kunqurovun psixi problemləri olub və depressiyaya düşüb. O, psixiatr qeydiyyatında olmasa da, pullu klinikada müşahidə olunub.

Rusiya, Çeçenistan və İnquşetiyanın Əməkdar artisti Yevgeni Kunqurov Kalininqrad Musiqili Teatrının daimi solisti və Yeni Opera Teatrının qonaq solisti olub. O, “Romantika romansa” proqramının aparıcısı, “Qolos”, “Odin v odin”, “Bolşaya opera” layihələrinin iştirakçısı olub.

Mənbə: “Mash” “Telegram” kanalı

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri