18 
Yan
2016
21:30
37
100
2691
Virtual karabakh

OPEK Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır

18 Yan, 2016
21:30
2691

OPEK Azərbaycanda neft hasilatının azalacağını proqnozlaşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesabat.

2015-ci ilin yekunlarına əsasən Azərbaycanda sutkada orta hesabla 0,86 milyon barrel neft hasil olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə OPEK-in bu gün dərc olunmuş neft bazarı ilə bağlı yanvar hesabatında bildirilir.

Hesabata əsasən, bu göstərici kartelin ötən hesabatındakı analoji göstəricidən 10 min barrel çoxdur.

OPEK-in qiymətləndirməsinə görə, Azərbaycanda neft hasilatının həcmi ötən ilin son üç rübündə sutkalıq orta hesabla 0,85 milyon barrel təşkil edib. Birinci rübdə isə həmin rəqəm 0,89 milyon barrelə bərabər olub.

2016-cı ildə OPEK Azərbaycanda neft hasilatının sutkalıq 40 min barrel azalacağını və 0,82 milyon barrelə düşəcəyini proqnozlaşdırır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri