Mar
2017
11:33
30
134
10869
Virtual karabakh

Sosial evlərin qiyməti nə qədər olacaq?

1 Mar, 2017
11:33
10869

Sosial evlərin qiyməti nə qədər olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sosial evlərin qiyməti bazar qiymətindən təxminən 20-25% aşağı olacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bu gün “Caspian European Club”ın təşkil etdiyi biznes forumda jurnalistlərə açıqlamasında deyib.

“Öncə tikinti prosesi başa çatdıqdan sonra qiymətdə əsas güzəşt bazar qiymətindən aşağı olmasıdır. Bazar qiyməti sosial evlərin yerləşməsindən də asılıdır. Bazar qiyməti satış zamanı müəyyən edildikdə, əgər satış hansısa vaxtda təyin olunacaqsa, bazar qiymətindən ondan aşağı, yəni dövlətin verdiyi dəstək hesabına ondan aşağı müəyyən olunacaq”, - deyə direktor sözlərinə əlavə edib. 

Onun sözlərinə görə, qiymətlər daha da aşağı salına bilər:

“Faizlər də evlərin hansı ərazilərdə yerləşməsindən asılı olaraq dəyişəcək, çünki dövlət dəstəyi torpağın ayrılması və kommunikasiyanın çəkilməsindən ibarətdir. Çox güman ki, imkan olarsa qiymətlər daha da aşağı olacaq”.

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri