31 
Mar
2017
15:56
18
165
18545
Virtual karabakh

Bakıda torpağın qiymətləri – CƏDVƏL

31 Mar, 2017
15:56
18545

Bakıda torpağın qiymətləri – CƏDVƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərində 2015-ci ilin fevral ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında təklif 19,4% artıb və nəticədə, bazara satış üçün təklif olunan elanların sayı 437-yə qalxıb. 

Müqayisədə 2014-cü ilin mart ayında bazara çıxarılan torpaq sahələrinin satış elanlarının sayı 815 ədəd olub, beləliklə, həmin ilin mart ayından 2017-ci ilin fevral ayına kimi torpaq bazarında 46% enmə müşahidə olunur. 

Oxu.Az xəbər verir ki, bu, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalar nəticəsində üzə çıxıb.

Cari ilin fevralında ümumi təklif portfelində rayonların payı aşağıdakı kimi olub:

Diaqramda göründüyü kimi, təklif portfelində satışa çıxarılan torpaq sahələri, əsasən Sabunçu (29,7%) və Xəzər (28,2%) rayonlarında yerləşir. Növbəti böyük paya malik olan rayonlar Suraxanı (15,9%) və Binəqədidir (12,6%). Qeyd edilən rayonlarda üstünlüyü əsasən fərdi yaşayış və bağ evləri təşkil edir.

Səbail, Xətai rayonları üzrə təklifin göstəricisi 3,8%, Nizami və Qaradağ rayonlarında isə 1,8% təşkil edib. Ən az paya sahib olan Nərimanov (1,0%), Yasamal (0,8%), Pirallahı (0,5%) və Nəsimi (0,3%) rayonlarıdır.

Səbail, Xətai, Nizami, Yasamal və Nəsimi rayonlarında torpaq sahələri, əsasən çoxmərtəbəli binalarla tutulub və boş torpaq sahələri çox az saydadır. Pirallahı və Qaradağ rayonları üzrə torpaq bazarında təkliflər olmasına baxmayaraq, həmin ərazilərə tələbat azdır.

Təklif portfelinin torpağın sahəsi üzrə pay bölgüsü aşağıdakı kimidir:

Təklif portfelinin əsas, yəni 70,8%-ni “kiçik sahəli torpaqlar (0-10 sot)” tutur. Növbəti paya malik olan “orta sahəli torpaqlar (10-100 sot)” 28,8% təşkil edir. Ən az paya sahib olan “böyük sahəli torpaq (101-700 sot)” sahələridir ki, onlar da 0,4%-ə bərabərdir. Beləliklə, Bakı şəhərinin rayonları üzrə satışa çıxarılan, əsasən kiçik sahəli torpaqlar üstünlük təşkil edir.

Həmçinin qeyd etmək lazımdır ki, təklif olunanan torpaq sahələri “kupçalı” (sənədlə) və “kupçasız” (sənədsiz) bazara cıxarılıb. “Kupçalı” torpaqların payı 73%, “kupçasız”ların isə 27% olub.

2017-ci ilin fevral ayında torpaq bazarındakı qiymətlər aşağıdakı kimi olub:

Rayon

Qəsəbə

Qiymət (manat/sot)

Sabunçu

Bilgəh qəs.

3904

 

Bilgəh qəs. dəniz kənarı

16717

 

Zabrat

6338

 

Ramana

3783

 

Bakıxanov

33519

 

Nardaran

8500

 

Nardaran (dəniz kənarı)

15000-20000

 

Savalan qəs.

9000

 

Kürdəxanı qəs.

2000

Suraxanı

Hövsan

5177

 

Bülbülə qəs

17500

 

Yeni Suraxanı qəs.

3867

 

Əmircan qəs.

10571

 

Yeni Günəşli

11000

 

Dədə Qorqud

2000

 

Bahar qəs.

4500

 

Qaraçuxur qəs.

16997

Səbail

Badamdar, 3 massiv

22030

Xətai

Əhmədli

27143

 

H.Aslanov qəs.

34797

Xəzər

Dübəndi

2800

 

Qala

3175

 

Binə qəs.

3139

 

Binə qəs. (Mərdəkan şosesi)

9875

 

Qala

3175

 

Mərdəkan

6622

 

Buzovna

6983

 

Şüvəlan

4333

 

Türkan

2100

 

Zirə

1767

 

Şağan

11500

Yasamal

Yeni Yasamal qəs.

18571

Pirallahı

Gürgan qəsəbəsi

5000

Binəqədi 

VI mikrorayon

37500

 

VIII mikrorayon

111250

 

IX mikrorayon

16125

 

Biləcəri qəs.

11943

 

Binəqədi qəs.

7104

 

Rəsulzadə qəs.

8595

 

Sulutəpə qəs.

6802

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri