20 
Apr
2017
16:59
60
44
1252
Virtual karabakh

“Azərbaycan Sənaye Sığorta” I rübdən zərərlə çıxıb

20 Apr, 2017
16:59
1252

“Azərbaycan Sənaye Sığorta” I rübdən zərərlə çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Sənaye Sığorta” bu ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. 

Oxu.Az xəbər verir ki, şirkətdən Fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 15% azalaraq 1 161 336 manat olub. Ötən ilin eyni dövründə isə 1 369 144 manat sığorta haqqı toplanmışdı. Sığorta yığımlarının böyük hissəsi əmlak, yük və icbari sığortaların payına düşüb.

"Azərbaycan Sənaye Sığorta"nın yığımlarından fərqli olaraq ödənişləri 58% artaraq 1 224 042 manat təşkil edib. Qeyd edək ki, 2016-cı ilin eyni dövründə isə şirkətin ödəniş xərcləri 774 487 manat olmuşdu.

Sığorta şirkətindən bildirilib ki, ödənişlərin artması bu il ərzində fermerlərə dəyən ziyan üzrə böyük ödəniş verilməsi ilə bağlıdır. Belə ki, ümumi ödənişlərin 66,1%-i və yaxud 809 659 manatı kənd təsərrüfatı bitkilərinə dəyən ziyan üzrə verilib.

Bu sığorta şirkətinin zərərlilik göstəricisinə təsir edib. Belə ki, 2016-cı ilin birinci rübündə "Azərbaycan Sənaye Sığorta" topladığı hər 100 manatdan 56 manatını ödəniş olaraq müştərilərinə veribsə, bu il 100 manat sığorta haqqı qarşılığında 105 manat ödəniş həyata keçirib. 

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri