12 
May
2017
18:44
307
79
4076
Virtual karabakh

Brent neftinin qiyməti 52 dolları keçdi – YENİLƏNİB

12 May, 2017
18:44
4076

Brent neftinin qiyməti 52 dolları keçdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Brent neftin qiyməti 0,5 artaraq yenidən 52 dolları keçib. 

Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Bakı vaxtı ilə 17:50-də Brent nefti 52,02 dollarda alıcı tapıb.

Neftin bahalaşması ABŞ-da hasilatın azalması, OPEC-in hasilatın azaldılması müqaviləsini uzadacağı ehtimalının güclənməsi və hazırda dolların bir sıra mühüm valyutalar qarşısında ucuzlaşması ilə bağlıdır.

ABŞ-da açıqlanan məlumatlara görə, illik inflyasiya, baza inflyasiya, pərakəndə satışlar və avtomobil xaric pərakəndə satışlar proqnozlardan aşağı qalıb. Bu, dollara neqativ təsir edib. 

Avro/dollar məzənnəsi 0,5% yüksələrək 1,0918 səviyyəsinə qalxıb (avro bahalaşıb, dollar güclənib).

09:00

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların nəticələrinə istinadən xəbər verir.

Belə ki, London birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,04% artaraq bir barelə görə 50,79 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 0,10% bahalaşaraq 47,88 dollara satılıb.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri