14 
Noy
2017
14:46
55
271
8260
Virtual karabakh

Rusiyada benzinin qiymətində rekord artım

14 Noy, 2017
14:46
8260

Rusiyada benzinin qiymətində rekord artım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada benzinin birja qiymətləri tarixi maksimumu yeniləyib.

Oxu.Az xəbər verir ki, bu barədə Report “Kommersant” qəzetinə istinadən  məlumat yayıb.

Qeyd edilir ki, noyabrın 7-13-də “Ai-95” markalı benzinin topdansatış qiyməti 1,7%, “Ai-92” markalı benzinin qiyməti isə 2,3% artıb. “Ai-95” benzinin bir tonu 44,99 min rubla, “Ai-92”-nin isə 42,82 min rubla qədər qalxıb.

Qəzet qeyd edir ki, bu cür artım Rusiya bazarı üçün xarakterik deyil. Adətən, oktyabr ayından topdansatış qiymətləri aşağı düşür.

Qiymətin qalxmasının səbəblərindən biri olaraq “Qazprom neft”in Moskvadakı neft emalı zavodunda katalitik krekinq qurğusunun təmirə dayandırılması amili göstərilir. “Kommersant” qəzeti qurğunun fəaliyyətindəki fasilənin təmir proqramında olmadığını iddia edir. Şirkətdən isə bildirilib ki, qurğu iş effektivliyinin artırılması üçün planlaşdırılmış təmirə dayandırılıb. “Qazprom neft” noyabr ayının ortalarında katalitik krekinq qurğusunun işinin bərpa olunacağını qeyd edir.

Digər bir mənbənin məlumatına görə, “Qazprom neft” “Rosneft” şirkətindən yanacaq almaq variantını nəzərdən keçirir.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri