17 
Noy
2017
19:03
71
887
29587
Virtual karabakh

Benzin və dizelin qiyməti bu gecə bahalaşacaq? – YENİLƏNİB + AÇIQLAMA

17 Noy, 2017
19:03
29587

Benzin və dizelin qiyməti bu gecə bahalaşacaq? – YENİLƏNİB + AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün axşam saatlarından etibarən Bakıda satılan “AI-95 Premium” markalı benzinin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb.

Oxu.Az xəbər verir ki, məlumatlara görə, Tarif Şurasının qərarı ilə “AI-95 Premium” benzini bu gecədən yeni qiymətlə satışa çıxarılacağı gözlənilir. Bundan başqa, dizel yanacağının da qiymətində artım olacağı bildirilir.

Məsələyə aydınlıq gətirmək üçün Tarif Şurası ilə əlaqə saxladıq. Tarif Şurasından Ölkə.Az-a bildirdilər ki, Azərbaycanın istehsal etdiyi benzin bahalaşmayacaq.

“Benzinin qiymətinin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb. Hazırda bununla bağlı hər hansı məsələ müzakirə olunmur”.

Qeyd edək ki, Tarif Şurası Azərbaycanda istehsal olunan mal və xidmətlərin qiymətini tənzimləyir. Azərbaycan isə “Aİ-92” markalı benzin istehsal edir. Bahalaşacağı deyilən “Premium Euro-95” markalı benzin isə xaricdən idxal olunur. Xaricdən idxal olunan məhsulların qiymətinin tənzimlənməsi Tarif Şurasına aid olmadığı üçün “AI-95 Premium” markalı benzin qiyməti də qurum tərəfindən tənzimlənmir.

19:03

Bakıdakı yanacaqdoldurma məntəqələrində bu gün axşam saatlarından etibarən Avropa standartlarına uyğun “AI-95 Premium” benzinin bahalaşacağı gözlənilir.

Oxu.Az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, Tarif Şurasının qərarı ilə “AI-95 Premium” benzini bu gecədən yeni qiymətlə satışa çıxaracaq.

Bundan başqa, dizel yanacağının da qiymətində artım olacağı bildirilir.

Qeyd edək k ki, “Premium Euro-95” markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə “Avro-4” standartlarına uyğundur. “AI-98” markalı benzin kimi, “AI-95 Premium2”da ölkəyə Rumıniyadan idxal olunur.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri