20 
Noy
2017
11:23
115
18
2059
Virtual karabakh

Ekspert: Yeni qaydalar eyni mənzilin bir neçə nəfərə satlmasının qarşısını alacaq

20 Noy, 2017
11:23
2059

Ekspert: Yeni qaydalar eyni mənzilin bir neçə nəfərə satlmasının qarşısını alacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir mənzilin bir neçə nəfərə satılması kimi neqativ halların qarşısı alınır.

Oxu.Az xəbər verir ki, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir. Yenilik tikintisi başa çatmayan binalarda mənzillərin alqı-satqısı prosesinin tənzimlənməsi məqsədilə hazırlanıb.Təklifə əsasən, tikintisi başa çatmayan çoxmənzilli binalarda alqı-satqı zamanı müqavilələrin notarial təsdiqi tələb edilir.

İlkin qeydiyyat sənədinin olması vətəndaşda tikintiyə dair əminlik yaradır. Qeydiyyat sənədi tikintinin qanun çərçivəsində həyata keçirildiyini göstərir. Vətəndaş hansısa şirkətdən mənzil almaq istəsə, mütləq tikintisi davam edən binanın qeydiyyat sənədinin olub-olmamasını yoxlamalıdır.

Dəiyişikliyi Oxu.Az-a şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, eyni mənzilin bir neçə nəfərə satılması problemi uzun müddətdir müzakirə edilən məsələlərdəndir:  "Xatırlayırsınızsa, 3 il öncə bununla bağlı təkliflərimi hökumətə də təqdim etmişdim. Artıq həmin təkliflərdən bir neçəsi nəzərə alınaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna dəyişikliklərə əlavə edilib. Yeni qaydalara əsasən, “qabaqcadan qeydiyyat” institutu təkmilləşdiriləcək və mənzillərin satışı zamanı daşınmaz əmlakın dövlət reyestri aparılacaq. Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlanmalıdır. Bu qaydaların tətbiqi yubansa da, bütün hallarda qanunvericiliyə edilən dəyişikliklər müsbət qiymətləndirilməlidir. Çünki bu mənzil fırıldaqçıların “əl-qolunu bağlayacaq”.

İqtisadçı deyir ki, yeni qaydalar eyni mənzilin bir neçə nəfərə satılmasının qarşısını almağa yardım edəcək: "Bununla yanaşı, fikrimcə, prosesin tamamən şəffaflaşması üçün bir müddət öncə hazırladığımız təkliflərin hamısının qəbul edilməsinə ehtiyac var. Əvəlla, bir sıra MDB ölkələrində olduğu kimi, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı öz internet səhifələrində məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb-səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açmalıdır və orada elektron qeydiyyatın aparılması icbari xarakter daşımalıdır. Yəni, məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılıbsa, artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzilin artıq satıldığını bilir. Üçüncüsü, hətta çıxarışı olmayan mənzillərin də satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. Dördüncüsü, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha da ağırlaşdırılmasına ehtiyac var".

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri