22 
Noy
2017
17:54
10
218
2075
Virtual karabakh

Nazir islahatlar nəticəsində qənaət edilən vəsaitin məbləğini açıqladı

22 Noy, 2017
17:54
2075

Nazir islahatlar nəticəsində qənaət edilən vəsaitin məbləğini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda dövlət idarəetməsi xərclərinin yüksək olması ilə bağlı fikirlərlə razı deyiləm”.

Oxu.Az-ın APA-Economics-ə istinadən məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı millət vəkillərinin irəli sürdüyü təklif və iradlara cavab verərkən deyib.

Onun sözlərinə görə, dövlət idarəetməsi xərclərinə konkret rəqəmlər əsasında baxılmalıdır: “Bu məsələyə faiz əsasında baxılması mümkün deyil. Bu məsələyə faizlə baxılması ədalətli deyil. Bununla yanaşı, prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci ildə islahat xarakterli tədbirlər görülüb. Bunun nəticəsində dövlət 17 milyon manatdan yuxarı vəsaitə qənaət edib”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri