11 
Dek
2017
09:39
36
20
1110
Virtual karabakh

Bank sektorunun cəmi aktivləri azalıb

11 Dek, 2017
09:39
1110

Bank sektorunun cəmi aktivləri azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan bank sektorunun cəmi aktivləri 2017-ci il noyabrın 1-nə 26 311,6 mln. manat təşkil edib.

Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki,  bank sektorunun cəmi aktivləri bu ilin əvvəli ilə müqayisədə 16,3% azalıb.

Oktyabrda bankların faiz gəlirləri 1 mlrd. 582,3 mln. manat, faiz xərcləri isə 740,8 mln. manat olub.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 21,4% azalaraq 23 216,6 mln. manata, o cümlədən depozit portfeli 4,7% azalaraq 15 640,4 mln. manata düşüb. Bunun 7 250,2 mln. manatı fiziki şəxslərin, 8 390,2 mln. manatı isə hüquqi şəxslərin depozitləri olub.

İlin əvvəlindən bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 66,6% azalaraq 566,6 mln. manata düşüb.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri