12 
Dek
2017
12:58
16
131
11198
Virtual karabakh

Mənzil bazarında rəsmi qiymətlər

12 Dek, 2017
12:58
11198

Mənzil bazarında rəsmi qiymətlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin yanvar-sentyabr ayları ərzində mənzil bazarında qiymətlər 2016-cı ilin müvafiq dövrünə nisbətən 1.4% artıb. 

Oxu.Az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, ilkin mənzil bazarında qiymətlər 1,1%, təkrar mənzil bazarındakı qiymətlərdə isə 1.4% bahalaşıb.

Əmlak bazarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının məlumatlarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ildə mənzil bazarında həm əmlak alqı-satqısının həcmində, həm də qiymətlərdə manatla ifadədə artım müşahidə olunub.

Nazirlikdən bildirirlər ki, daşınmaz əmlak bazarında baş verən artım müəyyən bankların fəaliyyətinin stabilləşməsi, “Azərbaycan İpoteka Fondu” ASC-tərəfindən ipoteka kreditlərinin ayrılma prosesinin təkmilləşdirilməsi ilə bağlıdır.

Təkrar yaşayış mənzil bazarında satışa təklif edilən yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti və 2016-cı ilin III rübü ilə müqayisədə faiz artımı aşağıdakı kimi olub:

 Ekonom sinif (45-70 kv.m.) - 780 $/кv.m ( 2,31%);
 Komfort sinif (70-100 kv.m.) – 1210$/кv.m (5,47%);
 Biznes sinif (100-170 kv.m.) - 1860$/кv.m (10,78%).

Kirayə mənzil bazarında son illər ərzində yaşayış sahələrinin kirayə haqqının dəyərində ümumilikdə azalmalar müşahidə edilsə də, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində qiymətlərdə 3.1% artım olub. Hazırda təkrar mənzil bazarında 2 otaqlı mənzillərin aylıq orta qiyməti təqribən 300-400 manat, yeni tikilmiş binalarda isə 500-600 manata təklif olunur.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri