14 
Dek
2017
13:03
41
101
2062
Virtual karabakh

''Mətanət A'' mükafat aldı

14 Dek, 2017
13:03
2062

''Mətanət A'' mükafat aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat və biznes sahəsində "UĞUR" Milli Mükafatının növbəti, 2017-ci il üzrə təqdimat mərasimi keçirilib.

Oxu.az xəbər verir ki, təntənəli mərasimdə yenilikləri ilə seçilən, ölkə iqtisadiyyatının inkişafına töhfə verən, yeni iş yerlərinin açılmasında təşəbbüs göstərən 28 yerli, xarici şirkət və təşkilatlar “UĞUR 2017” Milli Mükafatına layiq görülüblər.

“Mətanət A” şirkətinə məxsus olan “BLOKPAN” məhsulu “İlin Brendi” naminasiyası üzrə “UĞUR 2017” Milli Mükafatına  layiq görülüb. Mükafatı “Mətanət A” şirkəti adından Marketinq Departamentinin kuratoru Nanə Quliyeva qəbul edib.

Nanə Quliyeva ilk öncə BLOKPAN məhsulunu “İlin Brendi” adına layiq gördükləri üçün "Consulting&Business" jurnalına “Mətanət A” şirkəti adından dərin təşəkkürünü bildirib. Eləcə də, çıxışı zamanı onu da vurğulayıb ki, təbii və natural gipsdən hazırlanan, hazır hörgü materialı “BLOKPAN” məhsulu ilə hörülən divarların kərpiclə hörülən divarla müqasiədə 3 dəfə daha tez və 30 % daha az xərclə başa gəldiyini, bundan sonra kərpicə, qara suvağa, astar və üzlük şpatlyovkaya ehtiyac qalmadığını bildirib. Sonda inşaat şirkətlərini və evini daha tez, keyfiyyətli təmir etməyi planlaşdıran və büdcəsində qənaəti hədəfləyən hər kəsi “BLOKPAN” məhsulundən istifadə etməyə dəvət edib.

Xatırladaq ki, UĞUR" Milli Mükafatı "Consulting&Business" jurnalı tərəfindən 2000-ci ildə təsis edilib və bu sayca 17-ci mükafatlandırma mərasimini keçirib. “Mətanət A” şirkəti isə bu mükafata 3-cü dəfə layiq görülüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri