14 
Dek
2017
10:46
13
155
4868
Virtual karabakh

"Azərişıq"dan borclu abonentlərə – XƏBƏRDARLIQ

14 Dek, 2017
10:46
4868

"Azərişıq"dan borclu abonentlərə – XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərişıq”ASC borclu abonentlərə xəbərdarlıq edib. 

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin Oxu.Az-a verdiyi məlumata görə, fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 19-da, saat 12:00-dan etibarən “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədar enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş istehlakçılara  qarşı Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri