16 
Yan
2018
15:31
50
127
8633
Virtual karabakh

Səudiyyə şahzadələrinin saxlandığı hotel xidmətə açılır – FOTO

16 Yan, 2018
15:31
8633

Səudiyyə şahzadələrinin saxlandığı hotel xidmətə açılır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanında 11 şahzadənin saxlandığı “Ritz-Carlton Hotel” yenidən qonaqları qəbul etməyə başlayıb. 

Oxu.Az  xəbər verir ki, hoteldə Səudiyyənin 11 şahzadəsi saxlanılırdı.

Bu səbəbdən müəssisəyə “dünyanın ən lüks həbsxanası” adı verilmişdi.

Qeyd edək ki, dünən şahzadələrdən ən varlısı hesab olunan Əl Vəlid Bin Talal həbsxanaya köçürülüb. Buna səbəb korrupsiya ittihamları araşdırması çərçivəsində Əl Vəlidin tələb olunan pulu Səudiyyə hökumətinə ödəməyi rədd etməsi olub. 

Hotellər zəncirinin internet ünvanında yer alan açıqlamada bilidirilib ki, müəssisədə saxılanılanlarla bağlı araşdırmalar yaxın günlərdə başa çatacaq. Fevralın ikinci yarısından hotel xidmətə açıq olacaq. Hoteldə ən ucuz otağın qiyməti 650 dollardır. İki min kvadratmetr olan hoteldə 492 otaq var. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri