Fev
2018
10:06
69
28
1549
Virtual karabakh

“Dəmirbank”ın əmanətçilərinə 27 milyon manatdan artıq kompensasiya ödənilib

8 Fev, 2018
10:06
1549

“Dəmirbank”ın əmanətçilərinə 27 milyon manatdan artıq kompensasiya ödənilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 1-dən indiyədək “Dəmirbank” ASC-də qorunan əmanətlər üzrə əmanətçilərə 27 milyon manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan Oxu.Az-a verilən məlumata görə, kompensasiyanın ödənilməsi prosesi müvəffəqiyyətlə davam etdirilir.

Fonddan bildirilib ki, qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün 1 (bir) il müddətində müraciət edə bilərlər.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu 1 fevral 2018-ci il tarixindən etibarən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi prosesinə başlayıb.

Ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi “KapitalBank” ASC-nin 26 filialında aparılır.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri