17 
Fev
2018
14:33
54
239
1935
Virtual karabakh

Azərbaycan buğda idxalını azaldıb

17 Fev, 2018
14:33
1935

Azərbaycan buğda idxalını azaldıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ötən il 1,2 milyon ton buğda idxal edib. Bu, 2016-cı ildə qeydə alınan göstəricidən 25 faiz azdır.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyinin kollegiya iclasında bildirib.

“Ötən il ölkədə taxılçılıq sahəsində müəyyən uğurlar əldə edilib. Nəticədə biz 2017-ci ildə 1,2 milyon ton buğda idxal etdik. 2016-cı ilə bu rəqəm 1,6 milyon tona bərabər idi. Ümumilikdə ötən il buğdanın idxalına 227 milyon dollar xərclənib. İdxal olunan buğda ölkədə istehlakın 37 faizini təşkil edib”, - deyə nazir bildirib.

H.Əsədov onu da əlavə edib ki, Azərbaycan bu il taxılyığma texnikası alacaq: 

“Bizim taxılyığma kombaynlarının tədarükü ilə bağlı müqaviləmiz var. Onların tədarükü apreldən başlayacaq. Bu il biz 190 ədəd kombayn almağı planlaşdırırıq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri