21 
Fev
2018
15:13
26
58
1177
Virtual karabakh

Xarici valyutada əmanətlər azalıb

21 Fev, 2018
15:13
1177

Xarici valyutada əmanətlər azalıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bank depozitlərinin dollarlaşma səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib. 

Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yanvar-dekabr ayları üzrə pul siyasəti icmalında qeyd olunub.

Bildirilir ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəlində 44.7%, ilin sonunda isə 45.3% təşkil edib. 

İl ərzində fiziki şəxslərin manatla əmanətləri 66.9% artıb, xarici valyutada əmanətləri 15.2% azalıb. Nəticədə, fiziki şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindəki 79.6%-dən 66.5%-ə enib.

Hesabata görə, manatla pul bazasının struktur elementi olan dövriyyədəki nağd pulun həcmi 16.9% artıb. Digər tərəfdən, manatla olan müxbir hesabların qalığı 58.5% azalıb. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri