20 
Apr
2018
17:46
184
24
1426
Virtual karabakh

TANAP Türkiyəyə 70 milyon lirə qrant ayırdı

20 Apr, 2018
17:46
1426

TANAP Türkiyəyə 70 milyon lirə qrant ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

TANAP şirkəti Türkiyədə 431 layihəyə 70 milyon lirə maliyyə dəstəyi göstərəcək.

Oxu.Az xəbər verir ki, bu barədə TANAP şirkəti məlumat yayıb.

Məlum olub ki, bununla bağlı Ankarada təşkil edilən mərasimdə TANAP-ın baş direktoru Saltuk Düzyol, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin müşaviri Fatih Dönmez və digər rəsmi şəxslər iştirak edib.

TANAP-ın birinci qrant layihəsi çərçivəsində Türkiyənin 11 şəhəri üzrə qəbul edilən 431 layihəyə ümumilikdə 70 milyon türk lirəsi maliyyə dəstəyi təmin ediləcək.

Xatırladaq ki, TANAP layihəsinin iki fazası üzrə işlərin ümumilikdə 93,5 faizi icra edilib. Kəmərin istifadəyə verildiyi ilk mərhələdə TANAP-la Türkiyəyə ildə iki milyard kubmetr qaz ötürüləcək. 

Növbəti üç il ərzində bu həcm altı milyard kubmetrə çatdırılacaq.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri