11 
May
2018
13:01
131
25
6171
Virtual karabakh

TANAP-ın açılış tarixi dəyişdirildi

11 May, 2018
13:01
6171

TANAP-ın açılış tarixi dəyişdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il iyunun 12-da Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) istismara veriləcək.

Oxu.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirib.

Onun sözlərinə görə, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Qeyd edək ki, açılış mərasimi iyunun 19-na planlaşdırılmışdı. 

Layihənin əhəmiyyətindən danışan nazir qeyd edib ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsidir. 

TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. 

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri