24 
May
2018
10:58
35
29
1288
Virtual karabakh

Moody’s” analitiki: Bank sektorunda dollarlaşma yüksək səviyyədədir

24 May, 2018
10:58
1288

Moody’s” analitiki: Bank sektorunda dollarlaşma yüksək səviyyədədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Beynəlxalq Bankı”nın sağlamlaşdırılması tədbirlərindən sonra bank sektorunda kapital adekvatlığı yaxşılaşıb. 

Oxu.Az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Moody’s”in “İllik Azərbaycan Sammiti”ndə beynəlxalq reytinq agentliyinin analitiki Petr Paklin deyib.

O bildirib ki, ABBV-nin sağlamlaşdırılması Azərbaycanın bank sektorunda risklərə də toxunub:

““Azərbaycan Beynəlxalq Bankı” ASC indiyə qədər 14,7 mlrd. manat məbləğində öhdəliyini restrukturizasiya edib.

Azərbaycanda son üç ildə dollarlaşmanın səviyyəsinin aşağı düşdüyünü görürük. Bununla belə, bank sektorunda dollarlaşma yüksək səviyyədədir. 2015-ci ildə baş verən devalvasiya banklara öz təsirini göstərib.

Bizim hesablamalarımıza görə, bankların qısa açıq valyuta mövqeyi ən pis həddə çatıb. 2017-ci il Azərbaycanın bank sektorunda kapitallaşmanın yaxşılaşmasına səbəb olub. Kapitallaşmanın yaxşılaşmasına baxmayaraq, hələ də risklər var”.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri