30 
May
2018
10:16
99
17
1536
Virtual karabakh

OPEC-in baş katibi: Cənub Qaz Dəhlizi enerji xəritəsini dəyişəcək

30 May, 2018
10:16
1536

OPEC-in baş katibi: Cənub Qaz Dəhlizi enerji xəritəsini dəyişəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şahdəniz 2” layihəsi ən iri enerji layihələrindən biridir. Bu, həm ölkənin neft- qaz sektoruna, həm də dünyaya töhfə verəcək. Cənub Qaz Dəhlizi enerji xəritəsini dəyişəcək.

Oxu.Az  xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Xəzər Neft və Qaz konfransında OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

M. Barkindo ”Şahdəniz” layihəsinin ikinci fazasından söz açaraq onu multimilyardlıq meqalayihə adlandırıb. Qeyd edib ki, bu layihə dünyaya və bütün regiona müsbət töhfə verəcək.

 

OPEC+ formatında əməkdaşlığın əhəmiyyətini qeyd edən OPEC-in baş katibi bütün hasilatçı ölkələri bu formata qoşulmağa dəvət edib:

“OPEC-ə üzv və qeyri-üzv ölkələrin əməkdaşlığının qlobal iqtisadiyyata töhfəsi danılmazdır”.

L.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri